Bakıda 17 yaşlı yeniyetmə bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Kelbecertv.com “Report”a istinadən xəbər verir ki, hadisə “Azadlıq” metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 17 yaşlı gənc (şəxsiyyəti dəqiqləşdirilir-red) naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir