Bakıda 2 yük avtomobili toqquşdu: sürücünün oğlu öldü – VİDEO – FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Kelbecer.com apa-ya istinadən xəbər verir ki, qəza “Rahat” marketin qarşısında baş verib.

İslamov Soltanəli Güləli oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili il hərəkətdə olarkən qarşıdan gələn, 1978-ci il təvəllüdlü Məmmədov Xəyyam Niyaz oğlunun idarə etdiyi “QAZel” markalı yük maşını yol nişanının tələbini pozaraq sola dönmə əməliyyatı etmək istəyib.

Bu zaman “KamAZ” “QAZel”ə çırpılıb. Zərbənin təsirindən “KamAZ” digər yük maşınını bir neçə metr irəliyə sürüyüb.

Hadisə zamanı “QAZel” sürücüsü X.Məmmədovn oğlu, 23 yaşlı Namiq Məmmədov ağır xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, N.Məmmədov xəstəxanada keçinib.

Hadisənin təfərrüatı araşdırılır.

Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir