Bakıda 34 yaşlı kişi döyülərək ağır xəsarət alıb

Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə dəmiryolu stansiyasının yaxınlığında qeydə alınıb. 1985-ci il təvəllüdlü Eyyubov Şahin Nazim oğlu tanımadığı şəxs və ya şəxslərlə mübahisə zəminində döyülərək xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, baş beyinin silkələnməsi, əlin və qolların əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir