Bakıda 82 yaşlı qocanı maşın vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Seyfullayev Əhməd Ağaəşrəf oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona sağ aşağı ətrafın əziyi, sol qolun sınığı və kəllə-beyin travması diaqnozları qoyulub.