Bakıda ana və 2 əkiz övladı dəm qazından zəhərləndi

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Kelbecertv.com xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, mənzil 30-da baş verib.

Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir