Bakıda Atatürk prospektindəki tuneldə ağır qəza – VİDEO

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.

Kelbecertv.com apa-ya istinadla xəbər verir ki, qəza tunelin Atatürk prospektinə ayrılan hissəsində baş verib.

“Toyota” markalı avtomobilin sürücüsü İbrahimli Nicat Qabil oğlu tuneldə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi tunelin istinad divarına çırpılıb.

Hadisə zamanı “Toyota”nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində avtomobilin yağı və yanacağı yola dağıldığından əraziyə FHN-in briqadası cəlb edilib.

Polis əməkdaşları tuneldə tənzimləmə işləri aparıb.

Faktla bağlı araşdırma başlanılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir