Bakıda azyaşlılar həyatlarını belə təhlükəyə atır – VİDEO

Bakıda azyaşlıların həyatlarını təhlükəyə atması kameraya əks olunub.

Kelbecertv.com  xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayılıb.

Görüntülərdə məktəbdən çıxan iki azyaşlının səki ilə deyil, yolun kənarı ilə hərəkət etməsi əks olunub.

Sürücülərdən birinin siqnaldan istifadə etməsindən sonra uşaqlar səkiyə çıxıb.

Digər hadisədə isə valideyn məsuliyyətsizliyi xüsusilə diqqət çəkir. Ata azyaşlı övladı ilə birlikdə yolu keçən zaman avtomobillərin arasından qızı yola qaçır.

Sürücülərin qəfil əyləcdən istifadə etməsi ilə faciənin qarşısı alınır.

Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir