Bakıda Gürcüstan vətəndaşı bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Şərifzadə küçəsi 231C ünvanında Gürcüstan vətəndaşı 1991-ci il təvəllüdlü Xudiyev Sahib Mehdixan oğlu bıçaqlanıb. Yaralı Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasına çatdırılıb. İlkin olaraq S.Xudiyev xəsarəti yıxılaraq aldığını bildirib.
Əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, S.Xudiyevə Kənan adlı şəxs xəsarət yetirib.

Faktla bağlı Yasamal rayon Polis idarəsində Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisəni törətmiş Kənan adlı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir