Bakıda keçirilən dünya çempionatının qalibi intihar etdi

Üçqat dünya çempionu və dəfələrlə Avropa çempionu olmuş məşhur rusiyalı gimnast  Aleksandra Soldatova Moskvada özünə qəsd edib.

Bu barədə “Moskva” xəbər yayıb.

O, sol əlində dərin kəsik yarası ilə xəstəxanaya çatdırılıb. Onda, həmçinin, bulimiya müəyyən edilib. Hazırda onun vəziyytəi ağır qiymətləndirilir.

Özünə qəsdlə bağlı polis təhqiqatlara başlayıb.

Qeyd edək ki, Aleksandra Soldatova Bakıda keçirilən Dünya və Avropa çempionatlarının iştirakçısı olub. 2019-cu ildə Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatında lentlə yarışlarda Aleksandra Soldatova fəxri kürsünün ilk iki pilləsinə qalxmışdı.

Ancaq Portuqaliyada turnirdə huşunu itirdikdən sonra Bakıda keçirilən Dünya çempionatında iştirak edə bilməmişdi.

Onu da xatırladaq ki, Aleksandra Soldatova 2017-ci ildə Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunda qızıl medal qazanmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir