Bakıdakı yarışdan sonra bu da təxirə salındı

“Formula 1” üzrə daha bir yarış təxirə salınıb.

Bakıdakı yarışdan sonra Monreal şəhərində keçirilməli olan “Kanada Qran Prisi”nin də koronavirus epidemiyasına görə 12-14 iyun tarixlərində baş tutmayacağı bildirilib.

Bununla da, “Formula 1”də cari mövsüm ərzində ləğv olunan və təxirə salınan yarışların sayı doqquza çatıb.

Qeyd edək ki, 5-7 iyun tarixlərində baş tutmalı olan və təxirə salınan “Azərbaycan Qran-Prisi”nin oktyabrın ilk yarısında keçiriləcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir