Baş nazir bu qərara DƏYİŞİKLİK ETDİ

Dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərinin redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınan qəzet kağızı normaları artırılıb.

Kelbecertv.com  xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” qərarda dəyişiklik edib.

Beləliklə, hər üç qəzetdə hər bir nüsxənin həcmi 8 səhifədən 10 səhifəyə qaldırılıb. Bu mətbuat orqanlarının qəzet kağızına illik tələbatı da artırılıb. Bu göstərici “Azərbaycan” qəzeti üçün 118 tondan 148 tona, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetləri üçün 98 tondan 123 tona qaldırılıb.

Maliyyə Nazirliyinə bu qərardan irəli gələn maliyyə təminatı məsələlərinin həlli üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir