Baş nazirin müavini: “”Azərbaycanda uşaqpulu verilmir” fikrini səsləndirmək doğru deyil”

Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada “ölkədə “uşaqpulu” verilmir” məntiqini qəbul etmirəm.

Kelbecertv.com Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: “Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur”.

Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan “Azərbaycanda “uşaqpulu” verilmir” fikrini səsləndirmək doğru deyil: “Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu “uşaqpulu” formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir