Bayraktardan Prezidentə hədiyyə – FOTO

Azərbaycanda səfərdə olan Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi tvitter səhifəsində Prezident İlham Əliyevlə görüşü haqda paylaşım edib.
O, görüş zamanı çəkilmiş fotoları da izləyiciləri ilə bölüşüb. Fotolardan birində diqqətçəkən məqam Prezident İlham Əliyevə özəl gödəkçənin hədiyyə edilməsidir. Prezidentə təqdim edilmiş gödəkçənin bir tərəfində Türkiyə bayrağı, digər tərəfində isə dövlət başçısının ad-soyadı əks olunub.
S. Bayraktar sözügedən paylaşımında həmçinin İlham Əliyev tərəfindən “Qarabağ” ordeninə layiq görülməkdən şərəf və qürur hissi duyduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir