“Beşiktaş” növbəti qələbəsini qazanaraq, liderə yaxınlaşıb

Türkiyə Super Liqasında XV tur davam edir.
Bu gün daha 3 oyun keçirilib.
Autsayderlər zonasında qərarlaşan “Gənclərbirliyi” ilə “Kayserispor” arasında keçirilən matçdan birincilər qalib ayrılıb.
Eyni xala malik “Konyaspor” və “Rizəspor”un duelində sülh qeydə alınıb.
Son vaxtlar yüksəlişə keçən “Beşiktaş” isə doğma arenasında “Sivasspor”a qalib gələrək, turnir cədvəlində 2-ci pilləyə yüksəlib. “Ağ-qaralar” həm də lider “Qalatasaray”la aradakı xal fərqini 1-ə endirib.
Qeyd edək ki, tura dekabrın 29-da baş tutacaq “Antalyaspor” – “Hatayspor” (20:00) görüşü ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
XV tur
28 dekabr
“Gənclərbirliyi” – “Kayserispor” – 3:2
Kandeyas, 39, Berat Özdımir, 70, Oğuzhan Çapar, 89 (avtoqol) – Kanqa Aka, 31, Arda Kızıldağ, 55 (avtoqol)
“Konyaspor” – Rizəspor” – 1:1
Hadziahmetoviç, 7 – Tunay Torun, 65
“Beşiktaş” – “Sivasspor” – 2:0
Güvən Yalçın, 18, Larin, 84
1  Qalatasaray 14 9 2 3 25-10 29
2  Beşiktaş 14 9 1 4 28-19 28
3  Alanyaspor 15 8 3 4 24-12 27
4  Qaziantep 14 7 6 1 27-16 27
5  Fənərbaxça 14 8 2 4 27-20 26
6  Fatih Karagümrük 14 5 6 3 23-17 21
7  Hatayspor 13 6 3 4 14-16 21
8  Yeni Malatyaspor 14 5 5 4 18-17 20
9  Trabznospor 15 5 5 5 16-19 20
10  Konyaspor 14 5 4 5 18-14 19
11  Göztəpə 15 4 7 4 21-18 19
12  Rizəspor 14 5 4 5 20-22 19
13  Kasımpaşa 15 5 4 6 18-23 19
14  Sivasspor 14 4 5 5 13-15 17
15  Antalyaspor 14 4 5 5 15-18 17
16  Başakşəhər 14 4 4 6 21-24 16
17  Gənclərbirliyi 14 4 3 7 14-23 15
18  Ankaragücü 14 3 3 8 16-22 12
19  Dənizlispor 14 3 3 8 14-24 12
20  Ərzurum BB 15 3 3 9 15-28 12
21  Kayserispor 14 2 4 8 9-19 10

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir