Bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Bir ailənin dörd üzvü dəm qazından zəhərlənib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bir ailənin dörd üzvü – 35 yaşlı ata, 32 yaşlı ana, yeddi yaşlı qız və beş yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə KTM-in Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir