Bu da ağır xəstəlikdən əziyyət çəkən Xalq artistinin oğlu – İlk dəfə göründü – FOTO

Xalq artisti Rafael Dadaşov kamera önünə keçib.

Kelbecertv.com   xəbər verir ki, sənətkar heç vaxt efirlərdə görünməyən 49 yaşlı oğlu Emil ilə onun evindən “Şou ATV” kollektivinin çəkiliş etməyinə icazə verib.

Xalq artisti Rafael Dadaşov açıqlamasında “Oğluma demişəm ki, gəl biz gələn il salamatçılıq olsun, yubiley edək. Yəni, mənim 75 illiyimi, Emilin də 50 illiyini” deyib.

Emil ailəlidir. Nihat adlı bir oğlu var.

Qeyd edək ki, yayılan xəbərlərə görə, Xalq artisti Rafael Dadaşov xərçəng xəstəliyindən əziyyət çəkir. Üçüncü dəfə kimyaterapiya alan aktyorun xərçəng bütün bədəninə yayılıb. Məsələ ilə bağlı olaraq Xalq artistinin müğənni qızı Səidə Dadaşova “Bu haqda danışmaq istəmirəm. Çünki atamın xəstəliyi barədə danışmaq mənə çox ağırdır. Allah valideynimə möhkəm can sağlığı versin. Biz onsuz nə edərik?!” açıqlamasını edib.

Milli.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir