Bu gün bu qəsəbədə qaz olmayacaq – 2 saat

Bu gün Qala qəsəbəsində təbii qazın verilişi dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, qaz ölçü qovşaqlarında mövcud qurğuların dövlət yoxlamasından keçirilmiş digər qurğularla əvəz olunması ilə əlaqədar Xəzər rayonunun Qala qəsəbəsində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Məhdudiyyət saat 11:00-13:00 radələrini əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir