Bu gün Cavid Qurbanovun ad günüdür

Bu gün  sabiq millət vəkili, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun doğum günüdür.

Kelbecertv.com xəbər verir ki, onun 61 yaşı tamam olur. C. Qurbanov 19 sentyabr 1968-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis, 2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olub. 2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, “Azəryolservis” ASC-nin sədri vəzifəsini tutub. 9 fevral 2015-ci ildən bu günə qədər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

O həmçinin Azərbaycan Voleybol Federasiyasının prezidentidir.

İki övladı olan C. Qurbanov. Aşıq Qurban Ağdabanlının nəticəsidir.

Kelbecertv.com  İnformasiya Agentliyi Cavid Qurbanovu  doğum günü münasibəti ilə təbrik edir, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir