“Bu həyatı keçmiş bir adam kimi deyərəm ki, belə görüşlər şəhid ailələri üçün çox böyük dəstəkdir…”

“Əlbəttə, mən bu cür görüşləri alqışlayıram, çünki bununla diaspor gənclərimiz Azərbaycanın qəhrəman oğullarını tanıyırlar, təbliğ edirlər. Eyni zamanda, şəhid ailələri də görür ki, onlar daim diqqətdədirlər, onların nə problemi olsa, xalqımız onlara dəstək olacaq”
Bunu Moderator.az-a açıqlamasında sabiq millət vəkili, Şəhid Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova deyib.
 F.Qasımova xaricdə yaşayan gənclərimizlə əlaqələrimizin möhkəmlənməsinin vacibliyini vurğulayıb:
“Bu cür tədbirlər təqdirəlayiqdir. Əlbəttə, mən bu cür görüşləri alqışlayıram, çünki bununla diaspor gənclərimiz Azərbaycanın qəhrəman oğullarını tanıyırlar, təbliğ edirlər. Eyni zamanda, şəhid ailələri də görür ki, onlar daim diqqətdədirlər, nə problemləri olsa, xalqımız onlara dəstək olacaq. Mən bu həyatı keçmiş bir adam kimi deyərəm ki, belə görüşlər şəhid ailələrinə və bir də xaricdə yaşayan gənclərimizin Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə dəstəkdir. Bizim ən böyük problemimiz Dağlıq Qarabağ problemidir. Çox narahatçılıq doğurur ki, artıq otuz ildir biz öz torpaqlarımıza qayıda bilmirik. Eyni zamanda, ermənilərin arxasında duran dövlətlər Azərbaycan əleyhinə çox böyük təbliğatlar aparırlar. Əlbəttə, xaricdə yaşayan gənclərimiz Azərbaycan haqqında nə qədər çox məlumatlı olsalar Azərbaycanla bağlı təbliğat işlərinə daha çox cəlb olunarlar. Son hadisələrdə xaricdəki disapor təşkilatlarımızın fəallığını hiss etdim. Amma bunu neçə illər idi görmürdük. Şəhid ailələri ilə yanaşı, Azərbaycandakı  gənclərin xaricdə yaşayan gənclərlə əlaqələrinin möhkəmlənməsi əlbəttə, bizim üçün çox böyük dəstək olacaq”.
Xatırladaq ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə diaspor gənclərinin şəhid ailələri ilə virtual görüşü keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir