Bu il Şəkinin fındıq bağlarından 3297 ton məhsul yığılıb

Şəki rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 3 min 297 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 217 ton artıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildiriblər ki, dövlətimizin başçısının kənd təsərrüfatının ənənəvi sahələrindən olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlər Şəki rayonunda da uğurla icra olunur. Belə ki, 2019-cu ilin yaz aylarında rayon ərazisində 388 hektar sahədə yeni fındıq bağları salınıb və bu iş payız mövsümündə də davam etdiriləcək. Hazırda rayonda fındıq bağlarının ümumi sahəsi 3 min 211 hektardır. Bu bağların 2 min 536 hektarı barverəndir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir