“Bu qələbə bizə çox lazım idi və bunu uzun illər idi ki, arzu edirdik…”

Xalq artisti İlqar Muradov xalqımızın qələbə sevincini bizimlə bölüşüb. İ.Muradov Moderator.az-a açıqlamasında öz xoş təəssüratlarını bu şəkildə bölüşüb:
“Hamımızın gözü aydın olsun ki, işğal altındakı rayonlarımızı müzəffər ordumuz necə azad etdi. Ağdamımızı qan tökmədən azad etdik və digər rayonlarımız da bu şəkildə boşaldılacaq. Bütün bunlar cənab prezidentin uzaqgörən siyasətinin nəticəsidir. Maşallah olsun. Bu qələbə xəbəri hamı kimi, məni də ürəkdən sevindirir. Çünki bu bizə çox lazım idi və bunu uzun illər idi ki, arzu edirdik. Allahımıza şükürlər olsun. Allah Ali Baş Komandanımızı, müzəffər ordumuzu qorusun. Şəhidlərimizi Allahdan rəhmət eləsin, yaralı hərbçilərimizə isə şəfa diləyirəm. Bu müharibədə təbii ki, informasiya müharibəsi də önəmlidir. Sizlərin də burda çox böyük rolu var, hər kəs bu müharibədə öz əlindən gələni əsirgəməyib. Çox sağ olun, uşaqlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir