Bu qurumun mətbuat katibi işdən ayrıldı

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin mətbuat katibi Nərminə Kazımlı işindən ayırılıb.
Axar.az xəbər verir ki, bu barədə o özü məlumat verib.
N.Kazımlı qeyd edib ki, bu gün Bakı Limanındakı son iş günüdür:
“Bundan sonra həyatıma başqa bir şəhərdə davam edəcəm. 5 il ərzində sizinlə birlikdə olmaq, dostluğunuz və əməkdaşlığımız çox gözəl idi. Hər birinizə heç vaxt unutmayacağım xoş xatirələrə görə təşəkkür edirəm!
Çox sevinirəm ki, sizin kimi insaları tanımaq, birlikdə işləmək və öyrəmək kimi bir şansım oldu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir