Bu yolda piyada keçidinin yoxluğu insanların ölümünə səbəb olub – VİDEO

Xəzər rayonunun Binə qəsəbəsi, Atçılıq massivi adlanan ərazisində magistral yolda yerüstü və yeraltı keçid yoxdur.

Bu səbəbdən, vətəndaşlar ya avtobusla bir qədər məsafə qət edərək yolu keçirlər, ya da ki, həyatlarını riskə atırlar.

Sakinlərin sözlərinə görə, uzun illərdir ki, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, şikayətlərinə fikir verən yoxdur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, həmin ərazidə keçidin tikilməsi üçün müvafiq işlər aparılır və sakinlər məsələ həll olunana qədər yaxınlıqda olan keçidlərdən istifadə etməlidirlər.

M.Ağayev qeyd edib ki, il ərzində çoxlu sayda vətəndaşımızın bu tip qəzalarda həyatını itirməsini nəzərə alaraq, müvafiq orqanların belə problemləri vaxtında həll etməsi vacibdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir