Çavuşoğludan erməni deputata şillə kimi cavab: “İndiyədək dedinizmi…”

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməni deputatı Qaro Paylanın açıqlamasında cavab verib.

Teleqraf.com xəbər verir ki, nazir bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Paylanın “Mənim xəyalım var, bu, Türkiyənin “qardaş Azərbaycan” dediyi kimi, “qardaş Ermənistan” deyə bilməsi ilə bağlıdır” açıqlamasında Çavuşoğlu belə cavab verib:
“Bu günə qədər “Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından çəkilsin” dedinizmi? Heç vaxt “Dağlıq Qarabağ Azərbaycan torpağıdır, Ermənistan oradan çəkilsin” demədiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir