Çempionlar Liqasında qonaqların gecəsi – VİDEO

 

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

Bu gün daha iki qarşılaşma baş tutub.

ÇL-in son qalibi “Bavariya” doğma meydanda PSJ-ni qəbul edib. Beş qolun vurulduğu oyunda qonaqlar qələbəyə seviniblər – 3:2.

1/8 final mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdıran Portuqaliyanın “Portu” klubu isə “Çelsi” ilə qarşılaşıb.

İngilislər səfərdə iki cavabsız qola seviniblər.

Xatırladaq ki, ilk oyun günündə “Mançester Siti” (İngiltərə) “Borussiya”ya (Dortmund, Almaniya) (2:1), “Real” (İspaniya) isə “Liverpul”a (İngiltərə) (3:1) qalib gəlib.

UEFA Çempionlar Liqası
1/4 finalın ilk oyunları
7 aprel

“Bavariya” (Almaniya) – PSJ (Fransa) – 2:3
Qollar: 
Şupo-Motinq, 37. Müller, 60 – Mbappe, 3; 68. Markinyos, 28.

“Portu” (Portuqaliya) – “Çelsi” (İngiltərə) – 0:2
Qollar:
 Maunt, 32. Çiluell, 85.

Bizimlə əlaqə saxlayın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir