Çexiya ABŞ-ı verginin yeni növü ilə şoka salır

Çexiya Parlamentinin Yuxarı Palatası hökumətin ölkədə tezliklə “rəqəmsal vergi” adlandırılan verginin tətbiq edilməsi barədə qərarını dəstəkləyib.

Bu vergi dövriyyəsi 19 milyard kron (750 milyon avro), Çexiya ərazisində illik qazancı 100 milyon krona (4 milyon avro) bərabər olan iri internet-şirkətlərin gəlirlərindən ölkə xəzinəsinə əlavə pul köçürmələrini nəzərdə tutur.

Yeni qanunun “qurban”ları Amerikanın “Google”, “Facebook”, “Amazon” və “Apple” şirkətləri ola bilər.

Bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Çexiyadakı səfiri artıq Çexiya XİN-in başçısı Tomaş Petrşiçekə ölkəsinin narazılığını çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir