Çinin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb

 

Çinin Ankaradakı səfiri Liu Şaobin nümayəndəliyin sosial media hesabındakı paylaşımı səbəbilə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

XİN-də keçirilən görüş zamanı diplomatik korpusun “Twitter” səhifəsindəki paylaşımından dolayı rəsmi Ankaranın narahatlığı səfirin diqqətinə çatdırılıb.

Qeyd edək ki, Çin səfirliyinin “Twitter” hesabından İYİ Partiya sədri Meral Akşener və Ankara şəhər bələdiyyəsinin sədri Mansur Yavaş işarələnərək aşağıdakı məzmunda paylaşım edilib:

“Çin tərəfi istənilən şəxsin və ya gücün Çinin suverenliyi və ərazi bütövlüyünə hər hansı bir şəkildə meydan oxumasına qətiyyətlə etiraz edir və buna qarşılıq vermə haqqını özündə saxlayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir