DÇ-2022-nin püşkü atıldı: Millimiz yenə Lüksemburqla düşdü

Bu gün Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının Avropa zonası üzrə püşkü atılıb.

Azərbaycan millisinin də rəqibləri bu onlayn püşkatma mərasimindən sonra bilinib. Komandamız beş komandalı qrupa düşüb.

Millimiz UEFA Milllətlər Liqasında qalib gələ bilmədiyi Lüksemburqla yenə bir qrupa düşüb. Komandamız ilk dəfə İrlandiya ilə qarşılaşacaq.

A qrupu – Portuqaliya, Serbiya, İrlandiya, Lüksemburq, Azərbaycan

B qrupu – İspaniya, İsveç, Yunanıstan, Gürcüstan, Kosovo

C qrupu – İtaliya, İsveçrə, Şimali İrlandiya, Bolqarıstan, Litva

D qrupu – Fransa, Ukrayna, Finlandiya, Bosniya və Herseqovina, Qazaxıstan

E qrupu – Belçika, Uels, Çexiya, Belarus, Estoniya

F qrupu – Danimarka, Avstriya, Şotlandiya, İsrail, Farer Adaları, Moldova

G qrupu – Hollandiya, Türkiyə, Norveç, Monteneqro, Latviya, Cəbəllütariq

H qrupu – Xorvatiya, Slovakiya, Rusiya, Sloveniya, Kipr, Malta

I qrupu – İngiltərə, Polşa, Macarıstan, Albaniya, Andorra, San Marino

J qrupu – Almaniya, Rumıniya, İslandiya, Şimali Makedoniya, Ermənistan, Lixtenşteyn.

Qeyd edək ki, martda seçmə mərhələyə start veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir