Deputatlığa namizəd Fatma Yıldırım Bərdə rayonunda seçicilərlə növbəti görüşlərini keçirib

Parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Yıldırımın yanvarın 21-də günün ilk yarısında rayonun Mirzalıbəyli, Qaraməmmədli, günün ikinci yarısında isə Nəcəfqulubəyli, Yeni Əyricə, Kərimbəyli, Əyricə kəndlərinin seçicilərilə görüşü keçirilib.
Görüşləri YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb. Parlament seçkilərində “Daha güclü Azərbaycan naminə!” şüarı ilə iştirak edən partiyamız ən layiqli namizədləri irəli sürüb və seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq.
Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım YAP-ın seçki platforması və öz fəaliyyəti barəsində seçicilərə ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Sədri, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində həm partiyamız, həm də dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Fatma Yıldırım Bərdənin kənd təsərrüfatı rayonu olduğunu söyləyib və aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən Dövlət proqramlarının qəbul olunması nəticəsində Bərdə rayonunda kənd təsərrüfatının inkişafı istiqmətində daha çox işlərin aparılmasının vacibliyini qeyd edib. O həmçinin birgə təsərrüfatçılıq fəaliyyətini təşviq etmək, könüllülük əsasında kənd təsərrüfatı kooperativlərinin təşkilinə əlverişli şərait yaratmaq, kooperativlərin dayanıqlı fəaliyyətini təmin etmək, həmçinin aqrar sahədə kooperasiyanın formalaşmasına və inkişafına dəstək vermək məsələsinin də vacibliyini diqqətə çatdırıb.
Fatma Yıldırım görüləcək işlərlə bağlı məlumat verərək hər bir seçicinin problemlərinə öz problemi kimi yanaşacağını, onların həllində səylərini əsirgəməyəcəyini bildirib və seçiciləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.
Görüşlərin iştirakçılarından Rövşən Əliyev, Qurban Məmmədov, Şahubiddin Şirinov, Mehman Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın 9 fevral parlament seçkilərində qalib gələcəyinə əminliklərini ifadə ediblər.
Sonda Fatma Yıldırım seçiciləri maraqlandıran sualları cavablandırıb.
Nardar BAYRAMLI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir