DİN 21 yaşlı oğlanın öldürülməsi barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi Goranboy rayonunda törədilmiş qətllə bağlı məlumat yayıb.

Kelbecertv.com  nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə RPŞ-yə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyən edib.

DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkar edilib.

Goranboy RPŞ və Gəncə ŞBPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən F.İasgəndorvun 21 yaşı olub.

Sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir