Diş ağrısı niyə gecələr başlayır?

Diş ağrısı ən pis ağrılardan biridir. Xüsusi ilə də gecə yatarkən, yuxumuzun ən şirin yerində başlayan bu ağrının səbəbi nədir? Niyə diş ağrısı xüsusi ilə gecə başlayır?
Mövzu ilə bağlı araşdırmanı təqdim edirik:
Həkimlər bildirirlər ki, burada ən önəmli təsir hormonal dəyişimlərdir. Damağiçi basqının artması və damar genişlənməsi gecələri ağrını daha da şiddətli hiss etməyimizə səbəb olur. Gecə başlayan diş ağrısı üçün edə biləcəyiniz ən doğru çarə ağrıkəsici bir dərman almaqla yanaşı, ən yaxın stomotoloqa getməkdir.
 
Bunları etməyin
Hər şeydən əvvəl ağrıyan dişin dişəti hissəsinə kolonya, alkoqol, spirt və s. kimi məhllullar çəkmək yanlış və təhlükəli şeylərdir. Bunlar diş ətinizə mənfi təsir edərək ağrınızın daha da artmasına səbəb ola bilər. Hətta dişəti ətrafında ciddi yanmalar da görülür.
Şiddətli diş ağrılarında nə etməliyik?
Bunların yerinə duzlu su ilə edəcəyiniz qarqara az da olsa xəstəni sakitləşdirər. Amma bu üsullar qısamüddətli nəticələr verir və müalicə xarakteri daşımır. Ağrı zamanı ağrıkəsici almaq və ən qısa müddətdə həkimə getmək lazımdır. Sağlam dişlər üçün hər gün dişlərinizə lazım olan qayğını göstərməlisiniz. Diş ağrısı həyat keyfiyyətinə təsir edən bir haldır. İldə ən azı 2 dəfə diş həkiminə getməli, kontrol etməlisiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir