Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olundu – FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə yeni mətbuat katibi təyin olunub.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Pərvanə İmanova Dövlət Dəniz Agentliyinin yeni mətbuat katibi təyin olunub.

Bu təyinata qədər o, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin baş redaktorunun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Dövlət Dəniz Agentliyinin mətbuat katibi vəzifəsində daha əvvəl Tural Müseyibov çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir