Dünyanın ən bahalı ərzaqları

Hamımız sevdiyimiz  yeməkləri  dadmaq üçün  daha üstün xidmət göstərən  restoranlara üz tuturuq .   Bu, bəzən ailə büdcəsi üçün həddən artıq çox olur. Yox,  əgər pulunuz varsa , niyə də xərcləməyəsiniz.!  İndi siz dünyanın ən bahalı qidaları ilə tanış olacaqsınız.

Wagyu  əti

Wagyu bifsteki dünyanın ən bahalı əti hesab edilən  Wagyu ətindən hazırlanır və  ətin təkcə özü 275 dollara başa gəlir.  Ondan hazırlanan  “vintage kot de boeuf”  yeməyi 2000 dollara   başa gəlir.   Bəs bu yemək niyə belə bahalıdır?

Wagyu 4 buğa növündən biridir. Wagyu buğalarından əldə edilən ət   keyfiyyət dərəcəsinə görə digər ətlərdən fərqlənir və çox baha satılır.  Buna görə də incə dilimlərə bölünərək  bişirilir və yeməklərin yanında  təklif olunur.  Wagyu mal ətinin satışı  Yaponiyada geniş yayılıb  və ət o qədər yumşaq olur ki,  ağızda tez bir zamanda əriyir. Wagyu mal ətindən hazırlanan  burger 4.40 dollar dəyərindədir.

Civet qəhvəsi

Civet qəhvə və ya Kopi Luwak,  qəhvə  giləsindən hazırlanır  və bu qəhvə  giləsi Cənubi Asiyadakı  Civet ağacından əldə olunur.  Hazırlanma texnologiyası isə olduqca qəribədir.  Beləki,  qəhvə Civet pişiyinin  həzm sistemindən  keçən qəhvə gilələrindən hazırlanır  və 9 paketi 75 dollar dəyərindədir. Civet  pişiklərinin həzm sistemindən keçən bu dənələr yuyularaq  günəşdə qurudulur  və qovrulduqdan sonra  dəmlənir.  Dadı bir az acı olan bu qəhvə maraqlı, amma  fərqli bir dada malikdir.

Zəfəran

Zəfəran  bahalı  ədviyyat hesab olunur.  Zəfəranı qiymətli edən onun telləridir.  Zəfəran tellərinin 80 qramı 1 kiloqram çiçəkdən alınır. Valmartda ispan zəfəranının bir unsiyası  300 dollara başa gəlir.

Trüf göbələyi

Trüf göbələyi dünyanın ən bahalı qidalarından biridir. Ağ növü qara növündən daha bahalı hesab olunur. Trüf   xaricdə çox sevilən və dəyərli qida olaraq tanınır və inanılmaz dərəcədə dadlıdır.  Bəzi insanların fikrincə, ağ trüf göbələyi üçün 1400 dollar pul xərcləmək  ağılsızlıqdır.

Beluqa kürüsü

Dünyanın ən bahalı kürüsü və ya ən bahalı qidası   Beluqa  kürüsü hesab olunur. Beluqa kürüsü  İranın Beluqa balığından əldə olunur . Qara qızıl hesab edilən bu kürünün  1kiloqramının qiyməti 28850  dollardır.  Beluqa kürüsü Xəzər dənizində üzən  və nadir tapılan 60-100 yaşlı albinos Beluqa  balığından əldə olunur .

Leyla Şıxəli-Bayramlı, “İki sahil”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir