“Dünyanın diqqətini Ağdamdakı “Tiqranakert”ə yönəldəcəyik…”

“Qonşularımız nə qədər qəzəblənsələr də, biz buranı açıq hava altında muzeyə çevirəcəyik…”
“Ermənilərin bu ölü, amma həyasız iddialarını yalnız Azərbaycan ordusunun qəti hücumu birdəfəlik dəfn edə bilər…”

“Tiqranakertdəki qazıntılar beynəlxalq standartlara uyğun olaraq aparılır”.
Moderator.az xəbər verir ki,  erməni nəşrlərinin yaydığı məlumata görə, bu həyasız açıqlamanı separatçı-terrorçu rejimin “təhsil, elm və mədəniyyət naziri” adlanan Lusine Qaraxanyan ad-soyadlı adamabənzər məxluq dünən – sentyabrın 15-də Xankəndində keçirdiyi mətbuat konfransında dilə gətirib. O, koronavirus pandemiyasının yayılmasının “arxeoloji qazıntılar”a mane ola bilmədiyini qeyd edib.
Söhbət Azərbaycan Respublikasının Ağdam rayonunun 28-ci ildir işğal altında qalan Şahbulaq ərazisindən – Qarabağ xanı Pənahəli xanın tikdirdiyi qalanın ətrafındakı “Tiqranakert” adlandırımış ərazisindən  gedir.  İşğalçılar bu ərazidə guya “qədim erməni çarlığının paytaxtı”nın dağıntılarını tapdıqlarını iddia edirlər.
L.Qaraxanyan  çərənləyib ki,  Şahbulaqda hər il aparılan qazıntıların nəticələri guya beynəlxalq jurnal və  konfranslarda təqdim olunur.
“Tiqranakertin “şəxsiyyəti”nin erməni olduğuna şübhə yoxdur. Tiqranakertin “pasportu”nun müzakirəyə ehtiyacı yoxdur. Biz Tiqranakerti açıq hava altında muzeyə çevirəcəyik. Və qonşularımız nə qədər qəzəblənsələr də, bütün dünyanın diqqətini Tiqranakertə yönəldəcəyik. Tiqranakert Azərbaycanın  Qarabağa aid bütün siyasi iddialarını zərərsizləşdirir. Biz burada erkən xristianlıq, qədim dövrləri  hiss edirik…” – deyə separatçı erməni xanım saxta və azğın iddialarıyla meydan oxuyub.
P.S.  Ermənilərin bu ölü, amma həyasız iddialarını yalnız Azərbaycan ordusunun qəti hücumu birdəfəlik dəfn edə bilər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir