DÜNYANIN HƏR YERİNDƏ XOŞBƏXT OLSUN UŞAQLAR

Bu günlərdə Bərdə Regional ASAN xidmət mərkəzinin könüllüləri ilə birgə Bərdə şəhər 1 nömrəli Uşaq İncəsənət məktəbində Uşaq hüquqları Konvensiyası 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilməsinin ildönümü ərəfəsində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir-sərgi və konset keçirildi .
Tədbirin keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması , uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətini daha da yaxşılaşdırılmasıdır .
Tədbirə məktəbin rəssamlıq sinfi şagirdlərinin “Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar ” adlı kompozisiya-sərgisi ilə start verildi .
Tədbirdə ilk söz mərkəzin psixoloqu Nazpəri Məmmədovaya verildi . O , çıxışında bildirdi ki , dünyanın bütün uşaqlarının hüquqlarını qorumaqda olan Konvensiya bu sahədə hüquqi cəhətdən məcburi olan ilk beynəlxalq vasitədir , yəni onu imzalayan dövlətlər uşaqların bu Konvensiyada qeyd edilən hüquqlarından Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq , dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir . Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir . Konvensiyanın ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər . Onlar daimi xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə hesabat və həyata keçirdikləri bütün işlər haqda məlumat verirlər . Bu Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir . O , uşaq hüquqlarına dair bütün məsələləri bir sənəddə cəmləşdirib .
Konvensiya uşaqların iqtisadi , sosial , mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır .
Tədbirə toplaşan uşaqlarla birlikdə günün mövzusuna dair müzakirədən sonra , məktəbin şagirdlərinin ifasında geniş konsert proqramı səsləndi .
Məktəb rəhbərliyi təhsil müəssisəsi olaraq tədbirin məhz bu məktəbdə keçirildiyi üçün , aidiyyəti şəxslərə təşəkkürünü bildirdi .
Tədbirin sonunda xatirə şəkilləri çəkildi .
Aran Media