Elm adamları şokda: Koronavirus hüceyrədə gizlənir

Cənubi Koreyada koronavirusdan sağalmış 51 nəfərin hüceyrələrində virus aşkarlanıb.

Bununla bağlı Sondakika.com həmin ölkənin “Yonhap” xəbər agentliyinə istinadən məlumat yayıb.

Bildirilir ki, Cənubi Koreyanın Xəstəliyə Nəzarət və Qarşısının Alınması mərkəzinin Baş katibi Yunq Eun-Kyeonq həmin 51 nəfərin yenidən koronavirusa yoluxmadığını, eyni zamanda, virusun onların hüceyrələrində gizlənib qaldığını açıqlayıb.

Səhiyyə mütəxəssisləri ölümcül virusun hüceyrələrdə gizlənərək yenidən aktivləşə biləcəyini qeyd ediblər.

Qeyd edək ki, Cənubi Koreyada 10 331 nəfər koronavirusa yoluxub, 192 nəfər isə ölüb.

 

baxış sayı 28

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir