Elşad Hacıyev rusiyalı rəqibini məğlub edərək kəmər qazandı

Milli komandamızın təcrübəli sumqayıtlı idmançısı Elşad Hacıyev paytaxtımızda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş juboksinq citsu üzrə növbəti Avrasiya çempionatında qalib gəlib. Kelbecertv.com -ın məlumatına görə, çəkisi 75 kiloqramadək olan idmançımızın mübarizəsində bütün qarşılaşmaları öz xeyrinə başa çatdıraraq, həlledici döyüşə vəsiqə qazanıb. Finalda rusiyalı rəqibini tam üstünlüklə məğlub edərək Avrasiya kəmərinin sahibi olub. Qeyd edək ki, Elşad Hacıyev juboksinq citsu üzrə keçirilən beynəlxalq dərəcəli yarışlarda medallara, kuboklara layiq görülüb. Ötən il Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş juboksinq citsu üzrə növbəti Dünya Kuboku yarışında 1-ci və 2-ci yerləri qazanaraq qızıl və gümüş medallar qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir