Ermənistan ağasını dəyişməyə hazırlaşır – xəyanət planı

Kreml danışmanının qəzəbli açıqlamasının arxasındakı motiv; işğalçı ölkədə anti-Rusiya ovqatı, faşizmə rəğbət  güclənir; rusiyalı politoloq: “İrəvan nə edirsə, Bakının xeyrinədir…”

Azərbaycanı-Rusiya əlaqələri Bakının balanslı xarici siyasət kursuna uyğun olaraq, dinamik inkişafını davam etdirir. Bu siyasətin effektliliyinin daha bir təzahürü Azərbaycan paytaxtının vaxtaşırı Rusiya və NATO Baş Qərargah rəislərinin görüşü üçün ev sahibliyi eləməsidir. Növbəti belə görüş srağagün Bakıda reallaşıb.

Bu, sözsüz ki, ən əvvəl Azərbaycanın müstəqil siyasət kursuna, bölgədəki yerinə və nüfuzuna verilən dəyərdir. Azərbaycan beləcə, istər sərhəd qonşusu Rusiya, istərsə də Qərb ölkələri və NATO ilə əlaqələrin normal məcrada getməsinə diqqət edir. Təbii ki, böyük və yaxın qonşumuz Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri həmişə məxsusi önəm kəsb edib. Həm də o səbəbə ki, bu ölkənin ərazisində yarım milyona yaxın azərbaycanlı yaşayır və Moskva Qarabağ məsələsində əsas vasitəçi dövlət, konfliktin həllində unikal rıçaqa malik olan fövqəlgücdür.

Azərbaycanda rus dili və mədəniyyətinin inkişafı da daim diqqətdədir. O dərəcədə ki, hətta Rusiyanın strateji müttəfiqi Ermənistan buna həsəd apara bilər – harada ki, əksinə, rus amili ilbəil daha güclü şəkildə sıxışdırılır. Moskvanın Ermənistanın əsas varlıq qarantı olmasına rəğmən, təcavüzkar ölkədə anti-Rusiya ovqatı xüsusən də iki öl öncəki “məxməri inqilab”dan sonra daha da güclənib. İş o yerə çatıb ki, Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının Ermənistandan çıxarılması tələbi ilə vaxtaşırı etiraz aksiyaları da keçirilir. Son olaraq Rusiya telekanallarının yayımının məhdudlaşdırılması yönündə müzakirələr aparılır.

Armenian paliament referendum ile ilgili görsel sonucu

Bütün bunları təbii ki, Moskvada həssaslıqla izləyir və istər-istəməz, komandasının yarıdan çoxu “qərbyönlü uşaqlar”dan ibarət olan Nikol Paşinyanın ayağına yazırlar. Baxmayaraq ki, Paşinyan dəridən-qabıqdan çıxır ki, Kreml onu özününkü kimi qəbul eləsin. Hələ ki, o, istəyinə nail ola bilməyib. Rəsmi Moskvanın Ermənistan hökumətinə inamsızlığı davam edir. Bu etimadsızlığın qayəsində indi  həm də Ermənistanda son illər yuxarıdan-aşağı faşizmə, onun Qaregin Njde kimi ideoloqlarına və əlaltılarına rəğbətin artması durur.

*****

https://cdn.axar.az/2016/12/19/kreml1.jpg

Azərbaycanın və onun rəhbərliyinin isə bənzər problemi yoxdur. Bakı-Moskva tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir və bir çox analitiklərə görə, hətta Moskva-İrəvan müttəfiqlik münasibətlərindən də dərindir. O ayrı məsələ ki, bu yaxınlıq hələ ki, Dağlıq Qarabağ konfliktinin həllində özünü pozitiv planda göstəməyib. Lakin artıq Kremldə də başa düşməmiş deyillər ki, Azərbaycanla əlaqələrin zirvəyə çatmasına məhz həll olunmamış Qarabağ problemi əngəl yaradır və onu nizama salmaq həm də Rusiyaya əlavə ciddi dividentlər gətirə bilər.

Aydındır ki, Azərbaycan xalqı Dağlıq Qarabağ konfliktinin ədalətli həllinə ciddi töhfə verən bir dövləti heç vaxt unutmayacaq və ona həmişə inam-etimad bəsləyəcək. Demək, o halda Azərbaycan sarıdan, onu xarici siyasət prioritetləri və siyasi oriyentasiyası baxımından  əmin-arxayın olmaq olar. Rusiyanın belə bir şansı qalır. Amma  zaman da az qalıb. Çünki günün birində başqa bir ədalətli vasitəçi, başqa bir supergüc tapıla və konflikti çözə bilər.

Məsələ də ondadır ki, əgər Rusiya həmsərhəd ölkələrlə möhkəm əlaqələr qurmaq onların etibarını qazanmaq istəyirsə, o zaman həmin ölkələrin ərazisindəki münaqişə ocaqlarını körükləməkdə yox, nizamlamaqda maraqlı olmalıdır. Yəni Kreml ənənəvi siyasətini dəyişmək zorundadır. O halda postsovet ölkələrin Qərbə doğru getməsi ilə bağlı Moskvanın narahatlığına da əsas qalmaz. Ancaq görəndə ki, bu münaqişələr on illərdir məhz Moskvanın tormozlayıcı rolu nəticəsində öz həllini tapmır, aydındır ki, nicat yolu başqa istiqamətlərdə axtarılacaq.

*****

Armenia parliament ile ilgili görsel sonucu

Söz düşmüşkən, bu günlərdə Rusiya Liberal Demokrat Partiyasının rəhbəri, Kremlin danışmanlarından sayılan Vladimir Jirinovski jurnalistlərə açıqlamasında belə bir fikir söyləyib ki, postsovet məkanındakı bütün Avropa ölkələrindən yalnız Azərbaycan Rusiyadan Qərbə üz çevirməyəcək.

Sitat: “Bütün qərb ərazisi – üç Baltikyanı dövlət, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Ermənistan tədricən Qərbə doğru yönələcək və antirus plasdarmına çevriləcəklər. İstisna hal yalnız Azərbaycan olacaq. Azərbaycan duruş gətirə bilər. Çünki onun başçısı digər keçmiş sovet ölkələrinin başçılarından daha müdrikdir”.

Diqqət edildisə, işğalçı Ermənistanın da adı çəkilib. Maraqlıdır ki, bu arada Soros Fondu Ermənistan KİV-lərinə anti-Rusiya təbliğatı aparmaq üçün 1.5 milyon dollar yardım ayırması haqda xəbər yayılıb. Bildirilir ki, həmin vəsaiti alan Demokratiya Uğrunda Milli Fond və ardıcıl rusofoblardan və Paşinyanın tərəfdarlarından olan Daniel Ovanisyan öhdəlik götürüb ki, Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-dən (“Rus NATO-su”) çıxması üçün təbliğatı davam etdirəcək. Hakimiyyət isə ona heç bir əngəl yaratmır.

Rusiyalı politoloq Yevgeni Mixaylova ile ilgili görsel sonucu

Rusiyalı politoloq Yevgeni Mixaylova görə, bu fakt bir daha Ermənistanın siyasi elitasının böyük hissəsinin Rusiya ilə əlaqələri pisləşdirməyə meylli olduğunu təsdiqləyir. “Yeni Müsavat”ın məlumatına görə, mediaya açıqlamasında politoloq səbəbi belə izah edib: “Çünki sirr deyil ki, Nikol Paşinyan hökumətinin az qala, yarısı Sorosun əlaltılarıdır və onlardan anti-Rusiya ritorikasını gücləndirməkdən savayı nəsə gözləməyə dəyməz. İndi İrəvan nə edirsə, mövcud situasiyada yalnız Bakının xeyrinə edir. Çünki Moskva kimin onun üçün həqiqi tərəfdaş və müttəfiqi olmasına getdikcə daha çox əminlik hasil edir. Bu, açıq-aşkar indiki Ermənistan deyil”.

*****

Jirinovskinin və rusiyalı siyasi təhlilçinin Ermənistanla bağlı qəzəb və narahatlığı anlaşılandır. Tarix boyu olduğu kimi, yenə nankor ermənilər, onların yeni rəhbərliyi öz ağalarını dəyişmək üçün növbəti fürsət axtarırlar – özü də Qarabağı da özləri ilə götürüb “aparmaqla”.

Xəyanət planı alınacaqmı?..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir