Ermənistanda deputatlar koronavirusa yoluxdu

Ermənistan parlamentindəki hakim “Mənim addımım” fraksiyasını təmsil edən iki deputat koronavirusa yoluxub.

Bu barədə Aysor.am məlumat verib.

Bildirilir ki, onlar Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməyi planlaşdırıblar.

“Qarabağa getməli olan Ermənistan parlamentinin nümayəndə heyətini testdən keçirdikdən sonra “Mənim addımım” fraksiyasından olan iki millət vəkilində koronavirusun aşkarlanması parlament üzvləri arasında çaxnaşmaya səbəb olub”, – deyə məlumatda qeyd edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir