Ermənistanın daha bir iyrənc planı…

Hərbi müstəvidə məğlub duruma düşən Ermənistan vəziyyətdən çıxmaq üçün təxribatlarını davam etdirir. Yenisabah.az xəbər verir ki, Azərbaycanın münaqişə zonasından kənarda yerləşən rayon və şəhərlərini atəşə tutmaqla mülki əhalini hədəfə alan Ermənistan indi də İranı münaqişəyə cəlb etmək üçün iyrənc plan qurub.

Ermənistanın Səhiyyə Nazirirliyi məlumat yayıb ki, döyüş meydanında qalan cəsədlər vəba kimi yoluxucu xəstəliklərə səbəb ola və Araz çayı vasitəsilə İranın sərhəd zonasına yaxın ərazilərinə yayıla bilər. Düşünmək olardı ki, nazirliyin bu açıqlaması atəşkəsin vacibliyi kontekstində verilib. Çünki Ermənistan rəsmiləri Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatının dayandırılması üçün atəşkəs barədə daha yüksəkdən danışmağa başlayıblar.

Burada məqsəd heç də döyüşləri dayandırıb münaqişənin sülh yolu ilə həllinə nail olmaq deyil. Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamaları da İrəvanın sülh danışıqlarına səmimi yanaşmadığını göstərir. Paşinyan Dağlıq Qarabağın öz müqəddaratını təyin etmə hüququnun onlar üçün qırmızı xətt olduğunu bəyan edir. Erməni Baş nazir bu fikri “Moskva görüşü”ndən sonra səsləndirib. Digər tərəfdən, Ermənistan “Moskva görüşü”ndən 3 gün sonra, oktyabrın 12-də Gəncəni raket atəşinə tutub. Nəticədə 9 nəfər mülki şəxs həyatını itirib, 30 nəfər isə xəsarət alıb. İrəvanın növbəti hərbi cinayəti isə oktyabrın 17-də baş verib. Ermənistan növbəti dəfə Gəncəyə taktiki ballistik raket atıb. Bu dəfə 13 mülk şəxs həyatını itirb, 40 nəfərdən çox dinc sakin xəsarət alıb.

Azərbaycan Ordusu İrəvanın hər iki terror aktına layiqli cavab verib. Xeyli sayda erməni hərbçisi və hərbi texnika məhv edilib. İşğal altında olan bir sıra yaşayış məntəqələri azad olunub. Nəticədə İrəvan növbəti dəfə atəşkəs məsələsini ortaya atıb. Oktyabrın 18-də yenidən Rusiyanın vasitəçiliyi ilə tərəflər arasında humanitar atəşkəs barədə razılığa gəlinib. Lakin erməni tərəfi yenidən atəşkəsi pozub. Üstəgəl Paşinyan yenidən açıqlama verib ki, döyüşlər Dağlıq Qarabağın statusuna nail olmaq üçündür. Baş nazirin fikrincə, Qarabağdakı yeni eskalasiya status məsələsinin həllini sürətləndirə bilər. Bu, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almaqdır və Bakı üçün qəbuledilməzdir. Paşinyan da bunun fərqindədir, amma məqsədli şəkildə mövqeyində israr etməklə sülh danışıqlarının baş tutmamasına çalışır. Əvəzində münaqişənin miqyasını böyütmək, bölgədə maraqlı olan ölkələri hərbi əməliyyatlara cəlb etməklə bütövlükdə Cənubi Qafqaz regionunu müharibə meydanına çevirməyə cəhd göstərir.

Ermənistan Səhiyyə Nazirliyinin “yoluxucu xəstəliklər” barədə  bəyanatı buna xidmət edir. İrəvan rəy yaratmağa çalışır ki, İranın sərhədləri yaxınlığında döyüşlərin baş verməsi onun maraqlarına ziddir. Tehranı yoluxucu xətəliklərlər təhdid edən İrəvan İranın proseslərə müdaxiləsinə çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir