“Eurohome”dakı yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı cəlb olunub

“Ekologiya postu” kimi tanınan ərazidə “Eurohome” tikinti materialları bazarındakı yanğının söndürülməsinə kömək məqsədilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı su ilə dolu çən vaqonlarının suyundan istifadə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir