“Fənərbağça”ya azərbaycanlı ulduz – Mahir Əmrəli

Türkiyənin “Fənərbağça” klubu Azərbaycan milli komandasının və “Qarabağ” klubunun hücumçusu Mahir Əmrəlini heyətinə qatmaq istəyir.

Bu barədə Türkiyənin “Fanatik” dərgisi xəbər verir.

Qeyd olunur ki, bu mövsüm 25 rəsmi oyunda meydana çıxan gənc oyunçu yeddi qol və altı asistlə fərqlənib.

Hücumçunun cinahlarda oynamaq bacarığı və sol ayağından yaxşı istifadə etmək keyfiyyətlərinə malik olduğu yazılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir