Fransadan Ermənistana göndərilən yardım ölkəyə buraxılmadı –

Fransadan Ermənistana göndərilən humanitar yardımların gömrükdən keçirilməsinə icazə verilmir.

Yüklərin 2 aydır gömrükdə qaldığı bildirilir.

“Şarjum” (Le Mouvement) xeyriyyə təşkilatı Ermənistan gömrük xidmətinin yüklərinin ölkəyə daxil olmasına icazə verməməsindən şikayətlənir: “Dekabrın 18-dən bəri ümumi çəkisi 9 tondan çox olan humanitar yardım yüklərimiz anbarların birində bloklanıb və gözlənilir. İçində əlil arabaları və tibbi çarpayılar var”.

Dövlət Gəlir Komitəsi (vergi və gömrük xidmətlərinə nəzarət edir) öz növbəsində, şikayətdən sonra qida və dərman preparatlarının təhlükəsizliyinə dair sənədlərin humanitar yüklər üçün verilmədiyini göstərən bir izahat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir