Gəncədə ailə faciəsi: baba “KamAZ”la nəvəsinin üstündən keçdi

Gəncədə baba nəvəsini ehtiyatsızlıqdan öldürüb.

Kelbecertv.com xəbər verir ki, hadisə şəhərin beşinci mikrorayon ərazisində qeydə alınıb.

Ərəstun Qasımov idarə etdiyi “KamAZ” markalı yük maşınını arxaya verərkən nəvəsi, 2016-cı il təvəllüdlü Qasımov Ərəstun Nizami oğlu maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir