Gəncədə uşağın ölməsi xəbəri yalan çıxdı – YENİLƏNİB

Ötən gün Gəncədə doqquz yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.

Kəlbəcərtv.com bildirir ki, 2010-cu il təvəllüdlü Əli Qədim oğlu Rüstəmzadənin yaxınları oxu.az-a bildiriblər ki, uşaq hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd olunub ki, ötən gün Ə.Rüstəmzadənin qəflətən halı pisləşərək özündən gedib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti yaxşılığa doğru dəyişir.

Ə.Rüstəmzadənin ölüm xəbərinin yayılmasına gəlincə, xəstəxanadan müvafiq quruma yanlış məlumat verildiyi məlum olub. Bu yanlışlıq uşağın vəziyyətinin ötən gün son dərəcə pis olması ilə izah olunur.

———-
08:30

Gəncədə ticarət mərkəzlərinin birində ölüm hadisəsi baş verib.

Kəlbəcərtv.com qafqazinfo-ya istinadən xəbər verir ki, 9 yaşlı Rüstəmzadə Əli Qədir oğlu hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir