Goranboy Subartezian Quyularının İstismarı İdarəsi rəisi İsmayıl Yusif oğlu Əvəzovun korrupsiya faktı sərhəd tanımır – foto  

Əziz oxucular!

Redaksiyamıza ünvanlanan şikayət məktubları ilə bağlı yolumuzu Goranboy rayonundan saldıq. Rayonun Səmədabad kənd sakinlərin şikayət məktubundan belə aydın olur ki, sən demə, Goranboy Subartezian Quyularının İstismarı İdarəsi rəisi İsmayıl Əvəzov burda istismara verilən artezian quyularından su istifadə etməsi üçün sakinlərdən 0.50 qəpikdən pul alınmasını göstəriş verib. Həmçinin, əgər istifadə müddətində quyuda hər hansı nasazlıq yaranarsa, onun təmiri də 0.50 qəpik ödəyənin öhdəsinə düşür.

Yerli sakinlər and-aman edirlər ki, XXI əsrdə, günün gündüz çağında açıq-aşkar korrupsiya, qanunsuz pul toplanması faktı ilə çoxdan təngə gəliblər.

Məsələ ilə bağlı İsmayıl müəllimlə əlaqə saxlamağa çalışıb, oxuculrımıza daha ətraflı məlumat verəcəyik.

Bizi izləyin…

Seymur Məmmədov,

“aztv.news”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir