Gültəkin Hacıbəyli – yalançı illüziyalarla haraya qədər?..

Və yaxud sosial şəbəkələrin troll “madonnası”

Bu gün radikal müxalifət düşərgədə olanlar bütün mənəvi-əxlaqi sədləri aşaraq, Azərbaycanın uğurlarından qaşınmaya düşüblər. Xüsusilə də, özünü “Milli Şura”nın əzəli və əbədi, “cəfakeş” üzvü, adlandıran, müxalifətçi libası altında siyasi meydanda əsl çılpaqlıq nümayiş etdirən Gültəkin Hacıbəyli yenə də yuyulmamış çömçə kimi ortaya düşüb. Bu, nə birinci dəfədir, nə də sonuncu. Hər dəfə ölkəmizdə mühüm beynəlxalq yarış və ya tədbir keçiriləndə, sosial şəbəkələrin troll “madonnası” yenə də aktivləşir.
Çünki ümumiyyətlə, bu yarışlar, bu cür beynəlxalq tədbirlər daim xalqımızın adına, dövlətimizin adına müsbət imic gətirib. Belə yarışları sabitliyi, inkişafı, iqtisadi qüdrəti olmayan heç bir dövlətə etibar etməzlər. Bu, böyük risk olardı. Amma ayrı-ayrı beynəlxalq təşkilatların, super dövlətlərin etimad göstərdiyi Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi-siyasi xətti hələ də tarixin qaranlıq küncünə atılmış ənənəvi müxalifət nümayəndələri üçün qısqanclıqla qarşılanır. Elə “iaşə müxalifəti” üçün də…
Bəs müxalifətin seçdiyi bu yolun sonu varmı? Onların xaricdən aldığı sifarişlər əsasında qarayaxma kampaniyalarına nə ad vermək olar axı? Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və onun “troll madonnası” G.Hacıbəyli nə qədər böhtan və yalanlar söyləyəcək?
Necə olur ki, 2010-cu ilə qədər deputat kürsüsündə oturan, daha sonra seçicilərinin “yox” dediyi bu qadın 2009-cu ildə Milli Məclisin plenar iclasındakı çıxışı zamanı deyirdi: “Azərbaycan demokratiya yolunda addımlarını atan bir ölkə kimi, sözsüz ki, insan haqları sahəsində də inkişaf edir. Azərbaycanda insan haqları sahəsində spekulyasiyalar da var. Məhz bu spekulyasiyalar nəticəsində, bəzən biz terrorçuların, casusların cəmiyyətə siyasi məhbus kimi təqdim edilməsi, sırınması niyyətlərini görürük” deyirdi, bəs indi nə dəyişdi?

Gültəkin Hacıbəyli: “Məndən müxalifətçi düzəltmək cəhdləri əbəsdir!”

Elə bu yerdə, 2009-cu ildə keçirilən referendum zamanı İTV-də keçirilən debatda Hüquq və Demokratiya Təşviqat Qrupunun vəkili olan G.Hacıbəyli ilə İ.Qəmbər arasında baş verən insident də yaddaşlardan heç də silinməyib. Yuxarıda təqdim etdiyim çıxışı zamanı G.Hacıbəyli “terrorçuları və casusları cəmiyyətə siyasi məhbus kimi sırıyanlar” deyəndə də, AXCP sədri Ə.Kərimlini və Müsavat başqanını nəzərdə tuturdu. Bu 6-7 ildə nə dəyişdi ki? Və necə “müxalifətçi” oldu?
Deputat olduğu müddətdə ölkə Prezidentimizin apardığı siyasəti təbliğ edərkən, çıxışına “Əziz yeni azərbaycanlılar” müraciəti ilə başlayardı. SİTAT: “Əziz yeni azərbaycanlılar, əziz İlhamsevərlər! Xoş gördük sizləri…” deyən G.Hacıbəyli dünən iqtidarçı, bu gün müxalifətçi, sabah heç kim olmayan Gültəkindir. İki gün öncə, G.Hacıbəyli “Facebook”da yazır: “Azərbaycan silahlanmaya 23 milyard dollar pul xərcləyibmiş! Hanı o silahlar?” Bu, həmin Gültəkindir ki, deputatlıq dövründə mətbauta açıqlamalarında Azərbaycanın hərbi gücündən, əldə etdiyi ən modern silahlardan danışırdı. İndi bu silahlar Gültəkinin nəyinə lazımdır? Bax, bu, maraqlıdır.
Doğrudan da, adamın yazığı gəlir buna. İnsanın Ə.Kərimlinin, İ.Qəmbərin, A.Hacılının, F.Qəhrəmanlının, İ.Məmmədovun timsalında rəzil günə düşməsi, elə də təsirli deyil. Ancaq qadının bu kökə düşməsi dəhşətdir.
Son olaraq, qeyd etmək istəyirəm ki, G.Hacıbəyli kimilərin tarix boyu cəmiyyətə qazandırdığı və qazandıracağı heç nə olmayıbdı. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəni 180 dərəcə dəyişən, Vətənindən, dövlətindən üz çevirən şəxsin hərəkətlərinin bir adı var – NANKORLUQ!
Rəfiqə HÜSEYNOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir