Günəbaxan istehsalı artıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda günəbaxan yığımı başa çatıb. Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu il Tərtərdə 2481,6 hektarda günəbaxan yetişdirilib, sahələrdən 6471,9 ton məhsul istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 26,1 sentnerdir. 2018-ci ilə nisbətən cari ildə günəbaxanın əkin sahəsi 71,7 faiz, məhsul istehsalı 75,5 faiz, hər hektardan orta məhsuldarlıq isə 3,2 faiz və ya 0,8 sentner artıb.

Qeyd edək ki, son illər Tərtər rayonunda günəbaxan bitkisinin becərilməsinə maraq çoxalıb. Günəbaxan becərməyin sərfəli olduğunu deyən sakinlər bildiriblər ki, onun dənindən tum və yağ emalında istifadə edilir. Məhsulun yığımı əl əməyi vasitəsilə həyata keçirilir. Günəbaxanın döyülməsi, təmizlənməsi, çeşidlənməsində isə texnikadan istifadə olunur. Təmizlənən və çeşidlənən məhsul müvafiq olaraq günəbaxan tumları və yağ emalı müəssisələrinə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir