HƏKİMƏ İNAM YOXSA SAĞLAMLIĞA İNAMSIZLIQ?

“Yalan danışmağı bacarmayan Həkim-yaxşı Həkim deyil”.Həkim ən kamil zəkaya sahib ola bilər,öz vəzifəsini ən incə detallarına kimi icra edə bilər,ancaq xəstənin ruhunu təslim edib,özünə tabe etdirə bilsə.Həkim o vaxt qocaldığını hiss edə bilər ki,artıq özü-öz xəstəliklərinə düzgün diaqnoz qoya bilmir. Əsl Təbibin baxışları qartal baxışlarına ,əlləri qız əllərinə,müdrikliyi ilan müdrikliyinə,soyuqqanlılığı şir soyuqqqanlılığına,canfəşanlığı ananın övladına münasibətinə,çəkdiyi zəhmətin bəhrəsini görməyə can atan bağbana,qətiyyəti-tərs adamın inadkarlığına bərabər olmalıdır.Həkim-müdrikliklə Təbabətin yoğrulmuş mayasından qidalanan filosofdur.Həkim-ana təbiətin köməkçisidir. ”Bugünkü Həkimə,Səhiyyəyə inamı,etibarı öldürüb miskinləşdirən,dünənki Həkimlərimizin məsuliyyətsizliyi,savadsızlığı,insanlara pul kimi baxıb,insan həyatını oyuncaq sananların varlığıdır.Həkimlər hansısa bir xəstəliyin aşkar olunmasında və müalicə profilaktikasında təkrarolunmaz bir təbib ola bilərlər,amma insanın tam anatomoyasına,təyin olunan ambulator və stasionar müalicənin zərərləri barəsində tam anlayışlı ola bilməzlər.Həkimlər sanki hər şeylə maraqlanan uşaq kimidirlər:Onların maraq dünyası bizim içimizdə nələrin olmasını bilməkdir,hansı proseslərin hansı formada gedişatından xəbərdar olmaqdır.Onlar Tanrıdan sonra insan həyatının sağlamlığını tənzimləyən bir varlıqlardır.
Bəzi həkimlərimizdə olan vicdan,yaralı bir ceyrana rast gəlmiş rəhmsiz bir şirdə olan laqeyd,soyuqqanlı bir vicdana bənzər.Həkimlər Təbabətə inanmasa da olar,çünki xəstə həm öz əvəzinə,həm də həkimin əvəzinə hər ikisinə inanır.Bəzi məqamlarda vaxtınızı boş yerə həkimlərə sərf etməyin.Zaman özü hər şeyi sağaldır.Bəzi Həkimlər zamanın sağaltdığı yaraları və xəstəlikləri öz adına çıxır.Əsl Həkim Ümidvar və məsləhətcil olmalıdır,hətta ölüm xəstənin çiyinləri üstə dursa belə.
Sözlərdəki ümidin təsiri sağaldıcı təsirə malik olduğu kimi,öldürücü təsirə də malik ola bilər.Bəzi insanlar müalicəyə qədər bugünkündən sağlam olduqlarını bildirirlər.
Sanki Həkimlərimiz qarşılarına məqsəd qoyublar:
1.Xəstənin öz əcəliylə ölə bilməsinə mane olub,kliniki ölümünü surətləndirmək.
2.Pulsuz Səhiyyənin mənasız və mənfəətsiz olduğunu bilib,xəstəni odənişli klinikalara öz reseptura vizitli göndərişlə göndərmək
3.Ən böyük Həkimlik sirrini- “Həkim səhvini İctimaiyyətdən gizli saxlamaq”
4.Dərmanların və tibbi pereparatların müalicədə istifadəsinə maneçilik yarada bilən türkəçarə ara həkimlərindən insanları çəkindirmək,balın,bəhməzin,sarımsağın,moruq kökünün,itburnunun,bağayarpağının və sair təbiət nemətlərinin insan orqanizmi vı insan sağlamlığı üçün böyük fəsadlar törədə biləcəyinə xəstələri və xəstə sahiblərini inandırmaqdır.
5.Təmiz dağ havasının,göz yaşı kimi duru,soyuq bulaq suyunun insanlarda diş iltihabı,güclü soyuqdəymə və revmatizm yarada biləcəyinə inamı formalaşdırmaqdır.Həkimin mənfəət məhsuldarlığı inamsızlıqdan zəifləyə,ümiddən zirvəyə yüksələ bilər.İntellektual səviyyənin kasad olması,Həkimə Xəstəyə “Ata” olmağa,sağalmış xəstəyə “Dost “olmağa maneəçilik yaradır.Savadlı və vicdanlı həkim xəstənin müalicəsinə başlamamışdan qabaq,xəstəliyin törəmə səbəblərini,yaranma mənşəyini,xəstənin vərdişlərini,hətta bəzi kürlük məqamlarını sağlam olduğu vaxt haqqında xəstədən soruşub öyrənməlidir.”Həyatımda Sapsağlam olduğumu mənə təkidlə bildirən yeganə rastlaşdığım Həkim Hərbi Komissarlıqda işləyir”.
Əyər Həkim Sizə cürbəcür müalicə tərkibli dərman,həb və məlhəmlər yazırsa,deməli özü də Sizə necə kömək etmək lazım olduğunu bilmir.Əgər Siz uzun müddət ərzində çarəsiz bir xəstəsinizsə,deməli siz öz əsl həkiminizə hələ də rast gəlməmisiniz.Siz istəsəniz də,istəməsəniz də Sizi sağalda biləcək yeganə həkim başınızın üstündəki Tanrı və daxilinizdəki İnamdır.Bəzi Həkimlər var ki,hər şeyi bilirlər,amma heç nəyi bacarmırlar- bunlar Terapevtlərdir.Bəzi Həkimlər isə əksinə-hər şeyi bacarırlar,amma heç nəyi bilmirlər-bunlar Cərrahlardır.Bəzi Həkimlər isə hər şeyi bacarır və hər şeyi bilirlər-bunlar Loğmanlardır-ancaq biz bu Loğmanları tapanda artıq iş-işdən keçmiş olur…..
Həkimlər özləri- özlərinə verdikləri sözə – “Xəstəliyi yox,Xəstəni Sağaltmalısan”-devizinə əməl etsələr Həkimin şəfaverici əllərinin olmasına qonum-qonşudan eşidib inanmaq əvəzinə Öz gözlərinin şahidi olardı.Hər bir Həkimə müraciət edən Xəstənin vəzifəsi özünün ruhən və zehni sağlam olmasına inanmaqdır.Xəstə Həkimin ona şans qoymadığını gördükdə,yeganə şansı Həkimini dəyışib labüd ölümdən uzaq olmaqdır.
Bizim bugünkü Səhiyyənin durumu,Ölüm yatağında çabalayıb,ölümlə əlləşən çarəsiz xəstənin çarpayısının dörd ayağını yod və zelyonka ilə yodlayıb-zelyonkalayan,xəstəni qoyub çarpayının ayaqlarını bintlə sarıyan Həkimə bənzəyir.Əsl Həkim bir xəstəliyə 20 dərman yazan yox,20 xəstəliyə bir dərman yazan həkimdir.Xəstəliyin birinci mərhələsini həkim iynəylə,ikinci mərhələsini Cərrah skalpeli ilə,üçüncü mərhələsini isə bəzi məqamlarda Nekroloqla başa çatdırır.Pullu Təbabət sistemində Həkimi Xəstənin pul kisəsi Xəstənin sağlamlığından çox maraqlandırır-Xəstənin maddi durumu ,fiziki durumundan çox əhəmiyyət kəsb edir.Yaxşı Həkimin təyin edəcəyi dərman və məlhəmlər əczaxanalarda yox,onun zəkasında,hafizəsində və beynindədir.Cərrah işə başlamamışdan əvvəl əllərini yuyan yeganə Həkim təbəqəsidir və Cərrahı Qəssabdan fərqləndirən tək cəhət onun ölünü yox dirini yarmasıdır.
Qoyulan səhv diaqnozlar,aparılan səthi müalicələr,olduqca baha qiymətlər ,keyfiyyətsiz xidmət və savadsız müayinələr İnsanlarda yerli həkimlərimizə etibarin azalmasına, insanların imkanli təbəqəsinin İsrailə,Almaniyaya,İngiltərə klinikalarına,Orta təbəqəsinin Yunanıstana,Türkiyəyə,İrana, Gürcüstana “Sağlam Həyat,sərfəli qiymət ,düzgün və effektli müalicə” uçün axışmasına və milyonlarla vəsaitin xaricə səpilməsinə səbəb olur.
Həkimlik peşəsi şərəfli bir peşədir,olduqca məsuliyyətli bir sənətdir.
Qoy Həkimlər inciməsin……….. “Sağlam olmaq istəyirəm”
Mehman Qasımov
Qizil Qələm mukafati laureati