Hacı Zeynalabdin qəsəbəsi İcra Nümayəndəsinin sürücüsü qəsəbədə “at oynadır”

Qəsəbəni kim idarə edir: Lalə Hacıyeva, yoxsa katibəsi Əsli Qasımovla sürücüsü Nöfəl? Hacı Zeynalabdin qəsəbəsi ilə bağlı oduqca maraqlı məlumat daxil olub. Saytımıza verilən məlumata görə, qəsəbənin icra nümayəndəsi Lalə Haciyevanın yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaşatsa da, nəinki bunların qarşısı alınıb, əksinə, 2 ildən artıqdır ki, qəsəbəyə rəhbərlik edən Hacıyeva tam bir nəzarətsizlik mühiti yaradıb. Məlumatda bildiririlir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara şəraitin yaradılmasını dəfələrlə çıxışlarında vurğulsa da, Hacıyeva bu tapşırıqları gözardı edir. Bununla yanaşı, qəsəbədə bir məqam xüsusi ilə diqqəti çəkir. O da Hacı Zeynalabdinin icra nümayəndəsinin kim olmasıdır. Rəsmi olaraq Lalə Hacıyevanın icra nümayəndəsi təyin edildiyi dəqiqdir. Amma onun katibəsi və sürücüsünün çıxdığı oyunlar isə tamam başqa təsəvvür yaradır. Bu barədə açıqlama verən adının çəkilməsini istəməyən qəsəbə sakinlərindən biri vurğulayıb ki, icra nümayəndəsinin katibəsi Əsli Qasımova və katibənin atası sürücü Nöfəl qəsəbədə sözün həqiqi mənasında «at oynadır».

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir